Reklam verin!
Yuma Ailə Jurnalı
 mən ölkədə azad medya. azad söz tərəfdarıyam : Sadə jurnalistin etirafı...

Navigation


RSS: Yazılar



Sadə jurnalistin etirafı...

İyun 6, 2008 23:16, köşələrim, akshin, Şərhlər(0)

Yaxud tükənmiş yaradıcılığın son həddi

Bu günlərdə bir müxalifətçi jurnalist dostumla elə müxalifətçiyə xas olaraq şəhər kənarındakı çayxanaların birində oturub, bala-bala çaydan içib, qənddən yeyib dərdləşirdik. Amma müxalifətçilərdən fərqli olaraq biz ölkədə gedən siyasi-iqtisadi vəziyyətdən yox, öz peşəmizdən danışırdıq. Təbii ki, dərdimizin mövzusu da mətbuat idi. Daha doğrusu, milli mediamızın dərd sərindən, həlli heç zaman çözülməyəcək problemlərdən bəhs edirdik. Bəlkə də elə bu mövzu özü bir siyasətdir...
Mətbuatımızın bu gününü görüb, hər şeydən bezmiş, hətta hiss etdim ki, bu sahəyə tüpürüb getməyə və tikintidə bənna işləməyə belə hazır olan qələm yoldaşım yaradıcılığının kulminasiya anlarını yaşayır.

Əslində bu gün mən də onun günündəyəm. Amma dostum məndən hətta yazmağa mövzu da istəyirdi. Deyirdi ki, yazmağa yeni bir "şey zad varsa", ver "bugünlük gupayım" nömrəyə. Yoxsa, səhifəm boş qalır... Qardaş, bizim mətbuatımızın dərdi böyükdür. Ən böyük dərd isə elə bu "güpamaq"dan başlayır. Bir qəzetdə getmiş yazı sanki bir şedevr sənət əsəri kimi, nöqtəsi-vergülü eyniliklə bir həftə sonra tamam başqa bir qəzetdə çapa çıxır... Maraqlısı isə budur ki, mindən artıq qəzeti olan və qəzetləri oxunmayan bu məmləkətdə oxucu həmin məqaləni bir yeni yazı kimi yenidən mütaliə edir. Hətta birinci dəfə bəyənməmişdirsə, ikinci dəfə mütləq bəyənəcəkdir. Bunun dəfərlərlə şahidi olmuşam...
Bəlkə də bu gün məni çoxları qınayacaq. Amma həqiqət naminə demək lazımdır ki, bu gün Azərbaycan mediyası "işsizlərin vaxt keçirmə sahəsi"nə çevrilib. Yəni bütün işi-peşəsi qurtarmış, məmləkətdə nə ki avara-veyl var, əli qələm tutan və bir zamanlar məktəb illərində yaxşı imla və inşa yazan insanların hamısı Azərbaycan mətbuatındadır. Hətta vəziyyət o dərəcəyə çatıb ki, doqquzuncu sinifi yenicə bitirimiş şagird də cibində "qəzet vəsiqəsi" gəzdirir. Yalnız bu ölkədə məktəbli də özünü jurnalist saya bilər. Necə ki sayır da!... And olsun Allaha ki, bu gun hətta adi taksi şoferinin cibində də "qəzet knijka"sı var.
Bu gün Azərbaycanda qəzet vəsiqəsi olan motorist, bənna, idmançı, bazarda alver edənə və hətta fahişəyə də rast gəlmək olar. Qardaş, bu ölkədə hamının cibində qəzet vəsiqəsi var. Hər kəs bir "vəsiqə"ni qoyub cibinə kimlərdənsə qorunur, özünə min cür əyri yollarla "çörək pulu" qazanır.
...Və bu, artıq heç kəsə sirr deyl! Hətta mətbuatın özündə də açıq bazar fəaliyyət göstərir. Qəzetlər var ki, öz "knijka"sını istənilən hər kəsə 15-20 "şirvan"a satırlar. Adını qoyurlar ki, bəs biz də dolanmalıyıq da!.. Açığını deyim ki, mən artıq bu mətbuatdan bezmişəm. Bezmişəm, ona görə yox ki, mən burada kimlərinsə rəqabətinə dözə bilmirəm. Əsla! Bezmişəm, ona görə ki, bu gün yuxarıda sadaladığım "qəzetçi"lərdən fərqli olaraq, mən rüşvət və korrupsiya almaqda onlarla rəqabətə məğlub olmuşam. Çünki bu tip şərəfsiz, vicdanını satmış insanlar saf jurnalistləri də işləməyə qoymurlar.
Hətta məmurlardan müsahibə almağa gedəndə belə insana elə baxırlar ki, sanki mən ondan müsahibə almağa yox, rüşvət almağa gəlmişəm. Hətta narazı-narazı da jurnalistin üzünə deyirlər ki, hərə bir vəsiqəni alıb, qoyub cibinə olub jurnalist. Haqqdır! Mən onları da qınamıram. Amma adam belələrinə deyə bilmir ki, ay şərəfsiz məmur, sizin kimi rüşvətxorlar olduğu bir ölkədə, mütləq rüşvətxor jurnalistlər də olmalıdır da. Qardaş, bu cəmiyyətdə heç kəsi inandırmaq olmur ki, bu gün bu ölkədə jurnalistlər var ki, ancaq qonorarla dolanırlar. Bəlkə də dediklərim kimlərəsə gülməli gələcək, amma belələrindən biri bəndənizdir.
Qardaş, bu ölkədə hamı "qəzet çıxardır". Əlinə bir azca pul düşən, son zamanlar dəbdə olan söz olan - "sponsor" tapan və hətta media-marketinqin nə olduğunu bilməyənlər də anlamadığı media bazarına girişib. Və ya dadanıb! Bu gün bəzi qəzetlər idarələri, partiyaları, deputatları, məmurları və bələdiyyə sədrlərini verdikləri "haqqın" - rüşvətin dəyəri ilə tanıyırlar. Qardaş, bir dəfə mən də dolanmaq üçün və bir az da əlavə qonorar almaq üçün "muxlyoj"a əl atdım. Rüşvət almaram. Çünki mən halal qazancına haram qatanlardan deyiləm.
Qurbanolduğum Tanrı burada da bizim ruzi-bərəkətimizi kəsdi. Hətta bir zamanlar bir qəzetdə getmiş deputatın köhnə müsahibəsini bir "qəzet redaktoru"na "soxuşdur"maq istədim. And olsun Allaha ki, burada mənə verdiyi ilk sualı bu oldu ki, kişi kimi de, ondan nə qədər "haqq" almısan? Qardaş, budur bu gün Azərbaycan mediyasının durumu. Amma Tanrı səbirliləri sevir. Biz də ona tapınıb bir az da səbr edək. Bəlkə bu məmləkətdə bir kişi çıxdı və bu biabırçılığa son qoydu.
İstəməyən dillər qurusun!..

Baxış sayı: 56
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha